• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Türkiyənin dünya ixracatındakı payı artır

İQTİSADİYYAT

02 Iyul 2024 | 12:32

Türkiyənin dünya ixracatındakı payı artır

Türkiyənin dünya ixracatındakı payı artmaqda davam edir. 

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bu, Dünya Ticarət Təşkilatının (ÜTT) açıqladığı 2024-cü ilin birinci rübünün xarici ticarət statistikasında yer alıb.

Statistikaya görə, dünya ticarəti 0,6 faiz azalaraq 5 trilyon 919 milyard dollar təşkil edib. 

Türkiyənin ixracatı isə 3,6 faiz artaraq 63 milyard 603 milyon dollar təşkil edib.

Türkiyənin Ticarət Nazirliyi bildirib ki, Türkiyə qlobal təchizat zəncirindəki mövqeyini daha da gücləndirmək üçün qlobal ticarətdəki tendensiyalardan ən yaxşı şəkildə istifadə edəcək və əldə etdiyi qazancları artırmağa davam edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR