• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Türk ordusundan əməliyyat - 37 hədəf məhv edildi

DÜNYA

04 Iyul 2024 | 09:10

Türk ordusundan əməliyyat - 37 hədəf məhv edildi

Türk ordusu İraqın şimalındakı Metina, Gara, Hakurk, Qəndil və Asos bölgələrində separatçı terror təşkilatının istifadə etdiyi 37 hədəfi hava əməliyyatları ilə məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İraqın şimalında həyata keçirilən hava əməliyyatları zamanı içində məsul şəxslərin də olduğu mağara, bunker, sığınacaq, anbar və separatçı terror təşkilatının istifadə etdiyi obyektlərdən ibarət hədəflər məhv edilib.

Nazirlikdən verilən yazılı açıqlamada hava hücumunun özünümüdafiə hərəkatı çərçivəsində həyata keçirildiyi və hücum nəticəsində PKK/KCK və digər terror qruplaşmaları üzvlərinin məhv edildiyi bildirilir.


SON XƏBƏRLƏR

06 Iyul 2024