• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Güləş millimiz Avropa çempionatında 3-cü olub

İDMAN

04 Iyul 2024 | 10:58

Güləş millimiz Avropa çempionatında 3-cü olub

Azərbaycanın yunan-Roma güləşçiləri U-20 Avropa çempionatında 3-cü yeri tutub.

Bakıvaxtı.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan millimiz 4 medal qazanıb.

İsmayıl Rzayev (82 kq) gümüş, Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.

Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3-cü olub.

Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci olub.


SON XƏBƏRLƏR

06 Iyul 2024