• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

CƏMİYYƏT

04 Iyul 2024 | 11:51

Hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

İyulun 4-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, iyulun 4-ü saat 11:00-a olan məlumata əsasən gözlənildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

    Düşən yağıntının miqdarı Əlibəydə(Zaqatala) 12 mm, Şahdağda 10 mm, Ordubad, İsmayıllı, Şahbuz, Culfa, Balakən, Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Xaçmaz, Xaltan, Şabran, Astarada 5 mm-dək olub.

    İyulun 3-də qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Naxçıvanda 16 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda 20-25 dərəcəyə isti olub


    SON XƏBƏRLƏR

    06 Iyul 2024