• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sabah bu ərazilərdə işıq olmayacaq

CƏMİYYƏT

02 Avqust 2024 | 23:44 | Müəllif: Subhan Mahmudov

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar sabah bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, sözügedən ərazilərə saat 10:00-dan saat 12:00-dək Biləsuvarın Amankənd qəsəbəsi, Səmədabad kəndi, Cəlilabadın Ocaqlı, Ağdaş, Axtaxana, Soyuqbulaq, Masallının Şatıroba, Ətcələr, Səmidxanlı kəndləri aiddir.

Həmçinin Lənkəranın Havzova, Girdəni kəndləri, Yardımlının Horavar kəndi və rayonun bir hissəsi, Lerikin Biləvər, Kələxan, Monidigah, Gürdəsər kəndləri, Astaranın Ərçivan, Təngərud, Giləkəran kəndləri, Kijəbə qəsəbəsində də elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR