• Bakı 16° C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Bu gün "Qisas" əməliyyatından 2 İL ÖTÜR

CƏMİYYƏT

03 Avqust 2024 | 00:00 | Müəllif: Əli Hüseynov

Bu gün "Qisas" əməliyyatından 2 İL ÖTÜR

Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatının başlamasından 2 il ötür.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Ardınca bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülüb.

“Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb. Həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR