• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salındı

CƏMİYYƏT

04 Iyul 2024 | 08:41

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salındı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzindən əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov onlarla görüşərək uğurlar arzulayıb və bu il daha 30 nəfərin təcrübə proqramına cəlb olunacağını bildirib.

Qeyd olunub ki, Türkiyəyə yola salınan gənclər qardaş ölkənin Ankara və Antalya şəhərlərində əlilliyi olan şəxslərlə bağlı peşə kurslarında iştirak edərək bacarıqlarını daha da təkmilləşdirəcəklər.

Mərkəzdə reabilitasiyaya cəlb edilmiş gənclər üçün belə təcrübə səfərləri Sosial Xidmətlər Agentliyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində təşkil olunur.

Ötən dövrdə mərkəzin əlilliyi olan ümumilikdə 147 məzunu Türkiyədə müvafiq peşə dərnəklərinə təcrübə kurslarına göndərilib. Onlardan bir hissəsi Vətən müharibəsi ilə əlaqədar əlilliyi olanlardır.


SON XƏBƏRLƏR

06 Iyul 2024