• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Bu il 1066 tələbə SABAH qruplarının məzunu olub

CƏMİYYƏT

04 Iyul 2024 | 10:59

Bu il 1066 tələbə SABAH qruplarının məzunu olub

2023-2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olub.

Bakıvaxtı.az xəbər verir ki, 2023-2024-cü tədris ilində 43 ixtisas üzrə 1324 tələbə SABAH tələbəsi adını qazanıb.

Qeyd edək ki, hazırda Elm və Təhsil Nazirliyi SABAH qrupları 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 2846 tələbəni və bu ilin məzunları da daxil olmaqla ümumilikdə 2014-2024-cü illər ərzində 6842 məzunu (bakalavr və magistr pilləsi üzrə) əhatə edib.

Ümumilikdə, SABAH qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfəri əhatə edir.


SON XƏBƏRLƏR

06 Iyul 2024