• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Roza kimi hədələdi? “Sizi mələdəcəyəm!”

MƏDƏNİYYƏT-ŞOU

04 Iyul 2024 | 10:08

Roza kimi hədələdi? “Sizi mələdəcəyəm!”

“Artıq yoruldum. Trollar, saxta səhifələri yaradanlar, millətin fikrini yönəldənlər, ağıllı olun”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli sosial media hesabında yayımladığı videoda deyib.

İfaçı onun haqqında mənfi fikir formalaşdıranlara səslənib:

"Çörəyimizi yeyib, “bacı” deyənlər, İP adresləriniz artıq lazimi orqanlardan tapılıb. “Bir mahnısı olmayıb” demək nədir? Nəylə vurmaq istəyirsiniz məni? 24 ildir sənətdəyəm, məndə olan mahnıların 30%-I heç işlədiyiniz müğənnilərin arxivində yoxdur. Çox ulduzlarınızın sponsoru mən olmuşam. Sizi qanun çərçivəsində mələm-mələm mələdəcəyəm”.

“Bilirsiniz sosial media, internet tərəfindən qoyulan qanunlar var. Səhifə açıb 3-4 dənə mikrofona banlayanları reklam edirsiniz. Kişilikdən əlamətiniz yoxdur, saxta profil açıb, kişi şəkli qoyursunuz. İndi ora qoyduğunuz fotoların da araşdırması gedəcək, özləri dəvət olunacaq və onlar da sizi mələdəcək”, - deyə Roza Zərgərli əlavə edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

06 Iyul 2024