• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Gün eynəyi alarkən NƏLƏRƏ DİQQƏT EDƏK?

CƏMİYYƏT

04 Iyul 2024 | 09:31

Gün eynəyi alarkən NƏLƏRƏ DİQQƏT EDƏK?

Yay mövsümü başlayan kimi gün eynəklərindən istifadə edənlər də artır. Eynək alarkən əksəriyyət onun görünüşünə, bəziləri isə qiymətinə görə seçim edirlər.

Bəs,taxdığımız bu eynəklər gözlərimizi həqiqətən də günəş şüalarından qoruyurmu, yoxsa əksinə görmə qabiliyyətimizi zəiflədir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən oftalmoloq Kəmalə Musatafayeva bildirib ki, günəş eynəkləri UV A və UV B şüalardan 100% qorumalıdır. Çünki ultrabənövşəyi şüalar gözləri zədələyə bilər.

Oftalmoloq deyib ki, şüşələr polyarizasiyaedici olmalıdır:

“Polyarizasiyaedici şüşələr şüanın yayılmasının qarşısını alır, bununla da görmə daha rahat və aydın olur”.

Şüşənin rəngi, istifadə yerindən asılı olaraq dəyişir. Belə ki, boz rəngli şüşələr rəngləri olduğu kimi göstərir, qəhvəyi şüşələr kontrastlığı artırır, sarı və narıncı rəngli şüşələr zəif şüalanma zamanı istifadə olunmalıdır.

“Çərçivə-yüngül, davamlı və rahat olmalıdır. Metal çərçivələr davamlı, plastik olanlar yüngül və daha rahatdır. Güvənli və sertifikatı olan markalardan alınmalıdır”, - deyə müsahibimiz qeyd edib.

Göründüyü kimi, eynək seçərkən görünüşə deyil, keyfiyyətə üstünlük verilməlidir.

Kəmalə Mustafayeva gün eynəklərini alarkən əvvəlcə göz həkimiylə məsləhətləşməsi tövsiyə edir.

Şəhanə Tağıyeva


SON XƏBƏRLƏR

06 Iyul 2024