• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Azərbaycanda bu bankın səhmləri dövriyyədən çıxarılır

İQTİSADİYYAT

04 Iyul 2024 | 12:28

Azərbaycanda bu bankın səhmləri dövriyyədən çıxarılır

“Naxçıvanbank” ASC-nin yenidən təşkili yolu ilə “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi ilə əlaqədar olaraq səhmləri dövriyyədən çıxarılır və ləğv edilir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasından bildirilib.

Məlumata görə, bankın 94 milyon manat nizamnamə kapitalını təşkil edən nominal dəyəri 94 manat olan ümumilikdə 1 milyon ədəd səhm adi, adlı, sənədsiz səhmlər dövriyyədən çıxarılır. Bura həmçinin, Bankın səhmdarlarının ümumi yığıncağının 05.12.2023-cü il tarixli qərarına əsasən səhmdarlardan geri satın alınmış 531 915 ədəd səhm də daxildir.


SON XƏBƏRLƏR

06 Iyul 2024