• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

ŞƏT-ə üzv dövlətlər islahatlarla bağlı razılığa gəliblər

DÜNYA

04 Iyul 2024 | 09:50

ŞƏT-ə üzv dövlətlər islahatlarla bağlı razılığa gəliblər

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr regional təşkilatın təkmilləşdirilməsi və islahatları üçün bir sıra razılaşmalar əldə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan xəbər agentlikləri informasiya yayıb.

Bildirilib ki, ŞƏT-ə üzv ölkələr bu məsələ ilə bağlı bir sıra mühüm razılaşmalar əldə ediblər və plan üzrə müvafiq işləri təşviq edirlər:

“İşlər davam etdiyi üçün bütün detalları açıqlamaq mümkün deyil", - qeyd olunub.

ŞƏT rəhbəri üzv dövlətlərin birgə səylərinin ŞƏT-in islahatlar üzrə perspektivli və konstruktiv planla nəticələnəcəyinə əminliyini ifadə edib:

“ŞƏT-ə üzv ölkələr təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini əsas vəzifələrdən biri hesab edir və onun təşviqi üçün hər cür səy göstərirlər”, - deyə o bildirib.

Qeyd edək ki, hazırda təşkilatın 10 üzvü, o cümlədən sammitdə qəbul olunacaq Belarus, iki müşahidəçi dövlət və 14 dialoq tərəfdaşı var.

Günel Abbas


SON XƏBƏRLƏR

06 Iyul 2024