• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Nazirlər Kabinetindən dərmiryolu nəqliyyatı barədə yeni qərarlar

Gündəm

04 Iyul 2024 | 10:30

Nazirlər Kabinetindən dərmiryolu nəqliyyatı barədə yeni qərarlar

Nazirlər Kabineti dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, eləcə də onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması qaydasının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Hökumət başçısı həmçinin “Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərara imza atıb. Qərara əsasən, ixtisas imtahanı aşağıdakı kateqoriyalar üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə keçirilir:

“Eq” - Elektrik qatarı;

“Dz” - Dizel qatarı;

“E” - Elektrovoz;

“T” - Teplovoz;

“Lm” - Lokomobil;

“M/Dr/Mk” - Motovoz/Drezin/Maşın kompleksi.


SON XƏBƏRLƏR

06 Iyul 2024