• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Fransada nümayişlər keçirilir

DÜNYA

04 Iyul 2024 | 10:04

Fransada nümayişlər keçirilir

Fransada prezident Emmanuel Makronun qərarı ilə keçirilən növbədənkənar seçkilərin ikinci turuna günlər qalmış ifrat sağçılara qarşı nümayiş keçirilib.

Bakivaxti.az xarici mediaya istinadən xəbər verir ki, müxtəlif həmkarlar ittifaqları və assosiasiyaların çağırışı ilə ifrat sağçı müxaliflər Parisin Respublika meydanına toplaşıblar.

Nümayişçilər ümumi seçkilərin ilk turunda birinci olan ifrat sağçı Milli Ralli partiyasına qarşı şüarlar səsləndiriblər.

Fəalların əllərində Fransa və Fələstin bayraqları, eləcə də “Hamımız irqçiliyə, antisemitizmə və antimüsəlman əhval-ruhiyyəsinə qarşıyıq” yazılmış böyük pankart da daşıyıblar. Meydanda müxtəlif sənətçilər konsertlər veriblər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

06 Iyul 2024