• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Hindistan-Rusiya yaxınlaşması: "Bu, Putin üçün diplomatik qələbədir"

SİYASƏT

02 Iyul 2024 | 13:09

Hindistan-Rusiya yaxınlaşması: Bu, Putin üçün diplomatik qələbədir

"Hindistanın baş naziri Narendra Modinin Moskvaya  səfəri Qərb ölkələrinin Rusiya ilə bağlı səylərini sarsıdır".

Bakıvaxtı.az xəbər verir ki, bu, "Bloomberg" nəşrinin dərc etdiyi məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, Hindistanın baş nazirinin Rusiyaya getməsi seçkilərdə qalib gəldikdən sonra ilk xarici ikitərəfli səfəri olacaq. Modi seçki qələbələrindən sonra ilk olaraq Butan, Maldiv adaları və Şri-Lankaya səfər edirdi. Lakin bu dəfə başqa ölkəyə səfər etməklə, ənənələri pozacaq. Bu səfər Hindistanın Rusiya ilə əlaqələrinə verdiyi əhəmiyyəti göstərir.

"Dünyanın üçüncü ən böyük xam neft istehlakçısı olan Hindistan Rusiya neftinin əsas alıcısına çevrilib və onun hərbi texnikasından asılıdır. Putin və Modi arasında Moskvada baş tutacaq görüş Ukrayna hadisələri və görünməmiş sanksiyalar fonunda Rusiya prezidenti üçün diplomatik qələbə olacaq", - məqalədə vurğulanıb.

Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi iyulun 8-də Moskvaya bir günlük səfər edəcək. 

Gülşən Şərif


SON XƏBƏRLƏR