• Bakı 19° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Azərbaycanda maaş və təqaüdlər ARTIRILACAQ

GÜNDƏM

02 Iyul 2024 | 14:08

Azərbaycanda maaş və təqaüdlər ARTIRILACAQ

“Dizel və benzinin qiymətinin artması inflyasiyanı sürətləndirəcək”. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, yaxın müddətdə maaş və təqaüdlərdə artım ola bilər:

“Dizel yanacağı kənd təsərrüfatı məhsullarının istehsalında və ərzaq məhsullarının daşınmasında, yəni logistikada ən çox istifadə olunan yanacaq növüdür. Və bunun birdən-birə 25% artması həm ərzaq məhsullarının, həm də aqrar sahədə qiymətlərin artmasına ciddi təsir göstərəcək. Bu fonda insanların son zamanlar inflyasiyadan əziyyət çəkdiyini və önümüzdə seçkilər dönəmi olduğunu nəzərə alaraq ola bilər ki, avqust ayının 1-dən bəzi maaş və təqaüdlərdə müəyyən artım olsun. Amma bu artımın həcmi insanların xərcini kompensasiya edə biləcəkmi? Əsas sual budur. Mən düşünmürəm ki, kompensasiya edə bilsin, çünki ən yaxşı halda maaşlarda və təqaüdlərdə 5-10% artım ola bilər”, - deyə, ekspert fikirlərini yekunlaşdırıb.


SON XƏBƏRLƏR

18 May 2026