• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

UEFA Gürcüstan Futbol Federasiyasını CƏRİMƏLƏDİ

İDMAN

02 Iyul 2024 | 16:01

UEFA Gürcüstan Futbol Federasiyasını CƏRİMƏLƏDİ

UEFA Gürcüstan Futbol Federasiyasını (GFF) 46 min avro cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

GFF Almaniyada təşkil edilən AVRO-2024-ün qrup mərhələsinin Türkiyə millisi ilə oyununda (1:3) gürcü azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və iğtişaş törətməsi səbəbindən 36,25 min avro cərimələnib. Portuqaliya ilə görüşdə (2:0) isə azarkeşlər meydana çıxıb və pirotexniki vasitələrdən istifadə ediblər. GFF buna görə daha 9,75 min avro cərimələnib. Beləliklə, ümumi məbləğ 46 min avro olub.

Qeyd edək ki, Gürcüstan millisi debüt etdiyi Avropa çempionatının 1/8 finalında İspaniyaya məğlub olub - 1:4.


SON XƏBƏRLƏR