• Bakı 26° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

ABŞ dövlət katibi: "Bakı ilə İrəvan arasında sülh sazişi mümkündür"

SİYASƏT

02 Iyul 2024 | 12:51

ABŞ dövlət katibi: Bakı ilə İrəvan arasında sülh sazişi mümkündür

"Sülh sazişi onilliklərlə davam edən münaqişələrə son qoyacaq və regionda böyük iqtisadi imkanlar yaradacaq".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Brookings İnstitutunda çıxış edən ABŞ dövlət katibi Antoni Blinken deyib.

O, hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün müstəsna fürsət yaranıb.

"Azərbaycan bu məsələdə böyük rol oynayır. Biz Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışdıq. Bu məsələ ilə bağlı Avropa İttifaqı ilə sıx əməkdaşlıq və koordinasiya aparmışıq. Təxminən bir həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə bu barədə danışdım. Hesab edirəm ki, sülh sazişinin imzalanması həyata keçirilə bilər. Bu, Azərbaycan və Ermənistan xalqlarının, eləcə də bütün regionun maraqlarına tam cavab verir", - deyə dövlət katibi qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR