• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Yoxlama tədbirləri ilin sonunadək davam edəcək - Eşqi Bağırov

Gündəm

02 Iyul 2024 | 12:33

Yoxlama tədbirləri ilin sonunadək davam edəcək - Eşqi Bağırov

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarında apardığı yoxlamaları ilin sonuna qədər davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov xatırladıb ki, aparılan monitorinqlər zamanı Dağlıq Şirvan Regional Təhsil İdarəsində bəzi müsabiqələrin keçirilmə qaydaları və təlimat sənədlərinin icrasında pozuntular aşkarlanıb, idarənin rəhbəri işdən çıxarılıb.

O qeyd edib ki, yerli bölmələrin, eyni zamanda müəssisələrin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır: “Qaydaların və təlimatların pozulması halları yolverilməzdir”.


SON XƏBƏRLƏR

03 Iyul 2024