• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Rusiya ilə hərbi-texniki əməkdaşlığa heç bir maneə görmürük - Xərrazi 

DÜNYA

02 Iyul 2024 | 12:40

Rusiya ilə hərbi-texniki əməkdaşlığa heç bir maneə görmürük - Xərrazi 

İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıq maneəsiz davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin xarici işlər üzrə müşaviri Kamal Xərrazi bildirib.

O, İran və Rusiya arasında silah müqavilələri üçün heç bir maneənin olmadığını qeyd edərək, Tehranın Rusiya qırıcıları almaq üçün danışıqlar apardığını bildirib:

"Yaxın vaxtlarda onlarla hərtərəfli strateji saziş imzalamalıyıq", - Xərrazi əlavə edib.

O, həmçinin İranın Rusiyaya pilotsuz təyyarələr satması ilə bağlı dəfələrlə səsləndirilən ittihamları təkzib edərək, bunların yalan olduğunu vurğulayıb.

Günel Abbas


SON XƏBƏRLƏR

03 Iyul 2024