• Bakı 26° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Hərbi helikopter qəzaya uğradı: 1 ölü - YENİLƏNİB

DÜNYA

02 Iyul 2024 | 15:24

Hərbi helikopter  qəzaya uğradı: 1 ölü - YENİLƏNİB

Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində baş vermiş aviaqəza ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, qurumdan Silahlı Qüvvələrə məxsus “Su-25” qırıcısının qəzaya uğradığı açıqlanıb.

    Bildirilib ki, nəticədə hərbi pilot Kaxaber Zurabişvili həlak olub.

    Nazirliyin rəsmi açıqlamasında hazırda ərazidə hadisənin səbəblərinin araşdırılması üzrə müvafiq işlərin həyata keçirildiyi də qeyd olunub.

    14:52

    ***

    Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

    Bakıvaxtı.az bu barədə Gürcüstan mətbuatına istinadla xəbər verir.

    Məlumata görə, qəza nəticəsində pilot həlak olub.

    14:29

    ***

    Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnfo Rustavi” portalı məlumat yayıb.

    Jurnalistlərin məlumatına görə, helikopter Bolnisi bələdiyyəsi ərazisində qəzaya uğrayıb.

    "Biz Daxili İşlər Nazirliyi ilə insidentin təfərrüatlarını aydınlaşdırmağa çalışırıq", - "İnfo Rustavi" bildirib.

    Yerli KİV nümayəndələri helikopterin qəzaya uğradığı yerə gediblər.

    Mina Mikayılova


    SON XƏBƏRLƏR