• Bakı 19° C

    17.72 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

İsrail təhlükəsizlik tədbirlərini gücləndirdi - Nazirlərə qadağa qoyuldu

DÜNYA

01 Avqust 2024 | 14:13

İsrail təhlükəsizlik tədbirlərini gücləndirdi - Nazirlərə qadağa qoyuldu

İsrailin Baş Təhlükəsizlik Xidməti baş nazir Benyamin Netanyahu və onun hökumət nazirlərinə yalnız möhkəmləndirilmiş sığınacağa birbaşa çıxışı olan tədbirlərdə iştirak etməyi tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Hökumət üzvlərinə Təhlükəsizlik Xidmətinin rəisi Ronen Baranın şəxsi icazəsi olmadan döyüş xəttinə yaxın açıq ərazilərdən keçmək də qadağan edilib.

Bundan əlavə, İsrailin xaricdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirləri gücləndirilib - diplomatlara hücumların qarşısını almaq üçün kütləvi tədbirlərə getməmək tövsiyə olunub.

Xatırladaq ki, Fələstinin HƏMAS hərakatının lideri İsmayıl Haniyə ötən gün Tehranda öldürüləndən sonra İran rəsmiləri İsraildən qısas alınacağını vəd ediblər. İranın ali rəhbəri Ayətullah Əli Xamenei HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi barədə göstəriş verib.


SON XƏBƏRLƏR

20 May 2025