"Kimsə imperiya cinayət planını irəli sürmək istəsə, vətənimizi sona qədər müdafiə edəcəyik".
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu prezident seçkilərindən sonra başlayan etirazları dəyərləndirən Venesuela prezidenti Nikolas Maduro deyib.
Miraflores sarayında mətbuat konfransı keçirən Maduro bildirib ki, etirazlar vasitəsilə ölkə iqtisadiyyatı hədəfə alınıb.
"Venesuela imperializmin, faşizmin və cinayətkarların əlinə keçməyəcək. Ölkədə vətəndaş müharibəsinin başlamasına icazə verməyəcəyik. Hər şeyin konstitusiya çərçivəsində olmasını istəyirik.", - deyə Maduro qeyd edib.
Gülşən Şərif