• Bakı C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Makron bu dövlət başçılarını Olimpiada ziyafətinə dəvət etməyib

DÜNYA

01 Avqust 2024 | 14:16

Makron bu dövlət başçılarını Olimpiada ziyafətinə dəvət etməyib

Fransa prezidenti Emmanuel Makron Parisdə 33-cü Yay Olimpiya Oyunları ilə bağlı təşkil etdiyi ziyafətə bir sıra dövlət başçılarını dəvət etməyib.

Bununla yanaşı, dəvət olunanlar siyahısında olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ziyafətə qatılmayıb.

Bakıvaxtı.az Türkiyə KİV-nə istinadən xatırladır ki, Ərdoğan hələ iyulun 30-da Makronun onu şəxsən dəvət etdiyini açıqlamış və ona birmənalı cavab verməmişdi.

“Makron məni dəvət etdi və dedim ki, gələ bilərəm. Ancaq 13 yaşlı nəvəm mənə dedi ki, baba, getmə. Soruşdum ki, niyə? O cavab verdi ki, orada LGBT nümayişi olacaq. Mən də dedim ki, çox yaxşı, qızım, getməyəcəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Fransanın “France 24” telekanalının məlumatına görə, şam yeməyi iyulun 26-da keçirilib.

Ərdoğandan başqa Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Vladimir Zelenski, Hindistanın baş naziri Narendra Modi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan da şam yeməyinə dəvət edilməyib.


SON XƏBƏRLƏR

25 Mart 2025