"Yaxın Şərqdəki bütün tərəfləri regionda gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə çağırırıq".
Bakıvaxtı.az "Vaşinqton Post"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.
Qəzzada atəşkəsin yaradılmasının vacibliyini vurğulayan Blinkenə görə, atəşkəs vasitəsilə Qəzzadakı münaqişə bitirilməli və İsrail ilə Livan arasında sakitlik təmin edilməlidir:
"Bütün tərəflər, ilk növbədə, gərginliyi artıracaq hərəkətlərdən qaçmalı və razılığa gəlmək üçün səbəblər tapmalıdırlar".
Gülşən Şərif