Türkiyədə Ali Hərbi Şuranın iclası başa çatıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın qapalı görüşü 1 saat 20 dəqiqə davam edib.
Belə ki, Şuranın qərarlarının Ərdoğanın təsdiqindən sonra ictimaiyyətə açıqlanması gözlənilir.
Mina Mikayılova
15:12
***
Türkiyədə Ali Hərbi Şuranın iclası başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, iclas Beştəpədəki Pezident iqamətgahında keçirilir.
***
09:25
Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ölkənin vitse-prezidenti Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər, o cümlədən ordunun yüksək vəzifəli komandanları iştirak edəcəklər.
Müzakirələr nəticəsində bəzi general və admiralların vəzifəyə təyin olunacağı və istefaya göndəriləcəyi gözlənilir.