• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Ötən ay zəhərlənənlərin SAYI AÇIQLANDI

CƏMİYYƏT

02 Iyul 2024 | 11:49

Ötən ay zəhərlənənlərin SAYI AÇIQLANDI

Bu ilin iyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 91 nəfər qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Belə ki, müraciət edənlərdən 26-sı dərmandan, 18-i sirkə turşusundan, 5-i kimyəvi maddələrdən, 4-ü spirtli içkidən, 4-ü fosfor üzvi birləşmələrdən, 3-ü etanoldan, 1-i siçan dərmanından zəhərlənən şəxslərdir. Həmçinin ay ərzində 25 nəfər ilan sancması, 2 nəfər allergik reaksiya, 1 nəfər həşərat sancması, 2 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) həyatını itirib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

03 Iyul 2024