• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Nikosayağı"dan gözlənilməz addım - FOTO

CƏMİYYƏT

01 Avqust 2024 | 10:39

"Nikosayağı"dan gözlənilməz addım - FOTO

"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli rəsmi instaqram hesabında hər şeyi silib.

Bakıvaxtı.az bildirir ki, bloger bunu ötən ilin avqustunda keçirdiyi qəzadan sonra ilk dəfə edib. O, bütün yayımladığı videoları, profil şəklini silib və izlədiyi şəxsləri izləmədən çıxarıb.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

N.Şükürlü Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma - Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.(Axşam.az)


"Nikosayağı"dan gözlənilməz addım - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026