• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Xərrazi: "İran Rusiyadan qırıcılar ala bilər"

DÜNYA

02 Iyul 2024 | 12:59

Xərrazi: İran Rusiyadan qırıcılar ala bilər

"İran tərəfi Rusiya qırıcılarının alınması ilə bağlı danışıqlar aparır".

Bakıvaxtı.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri və ölkənin Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.

Onun sözlərinə görə, İran və Rusiya arasındakı hərbi və ticari əməkdaşlıq sahəsində hansısa maneə yoxdur:

"Biz yaxın vaxtlarda Rusiya ilə hərtərəfli strateji saziş imzalamalıyıq".

Qeyd edək ki, bir müddət öncə İranın Ali Rəhbərinin müşaviri Rusiyaya silah tədarükü ilə bağlı son ittihamları "yalan" adlandırmışdı.

Gülşən Şərif


SON XƏBƏRLƏR