• Bakı 24° C

    6.99 m/s

Madurodan sürpriz qərar: ABŞ ilə danışıqlar başlayacaq

DÜNYA

02 Iyul 2024 | 12:26 | Müəllif: Gülşən Şərif

Madurodan sürpriz qərar: ABŞ ilə danışıqlar başlayacaq

"Venesuela ABŞ ilə uzun müddətdir dayandırılan dialoq prosesini yenidən başladacaq".

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.

O, ABŞ hökumətindən danışıqların və birbaşa dialoqun yenidən başlaması üçün  təklif aldığını və iki ay düşünəndən sonra bu təklifi qəbul etdiyini bildirib.

"Yeni danışıqlar mərhələsində ABŞ Qətərdə imzalanan razılaşmalara əməl etməli və dialoq şərtlərini manipulyasiya etmədən yerinə yetirməlidir. Venesuelanın mütləq suverenliyinə və müstəqilliyinə hörmət edilməsini istəyirəm". - deyə Maduro vurğulayıb.

Qeyd edək ki, ABŞ uzun illərdir müxtəlif səbəblərdən Venesuelaya iqtisadi embarqo qoyur.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026