• Bakı 27° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Daha bir ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırdı

DÜNYA

30 Iyun 2024 | 01:10

Daha bir ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırdı

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi İsrail ilə Livanın şiə partiyası "Hizbullah" arasında gərginliyin artması fonunda krallıq vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı diplomatik missiyanın X hesabında paylaşım edilib. 

“Səudiyyə Ərəbistanının Livan Respublikasındakı səfirliyi Cənubi Livanda baş verən hadisələri diqqətlə izləyir, bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa, həmçinin orada olan vətəndaşları dərhal Livan ərazisini tərk etməyə çağırır”, - yayımlanan bəyanatda deyilir.


SON XƏBƏRLƏR

01 Iyul 2024