• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

AVRO-2024: Almaniya növbəti 1/4 finalçı oldu - YENİLƏNİB

İDMAN

30 Iyun 2024 | 01:20

AVRO-2024: Almaniya növbəti 1/4 finalçı oldu - YENİLƏNİB

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıb - 2:0.

Görüşdə hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə Camal Musiala danimarkalıları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur etməklə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, 1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.

 

***00:54

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə hesab növbəti dəfə dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri üstünlüklərini möhkəmləndiriblər - 2:0.

68-ci dəqiqədə Camal Musiala danimarkalıları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcnur edib.

 

***00:38

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri hesabda önə keçib - 1:0.

53-cü dəqiqədə Kay Haverts penalti zərbəsini dəqiq yerinə yetirib.

 

***00:30

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda hesab açılmayıb.

Qeyd edək ki, 35-ci dəqiqədə görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam edib.

 

***00:14

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə ilk yarı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçın birinci hissəsində hesab açılmayıb.

Qeyd edək ki, matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam edib.

 

***00:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündəki məcburi fasilə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matç qaldığı yerdən başlayıb.

Qeyd edək ki, matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb.

***23:38

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə güclü şimşək səbəbindən fasilə yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionundakı matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb.

Qeyd edək ki, matçda hesab açılmayıb.

 

 

***23:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilir.

Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.


SON XƏBƏRLƏR

01 Iyul 2024