• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Sabah" -"Makkabi" matçına 3 min bilet satıldı

İDMAN

29 Iyul 2024 | 19:34 | Müəllif: Subhan Mahmudov

"Sabah" -"Makkabi" matçına 3 min bilet satıldı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq "Sabah" -"Makkabi" (İsrail, Hayfa) matçına 3000 bilet satılıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O, biletlərin sabahdan etibarən "Bank Respublika Arena"nın kassalarında da satışa çıxarılacağını, həmçinin oyundan öncə azarkeşlər üçün fan zonanın təşkil edilməsinin nəzərdə tutlduğunu bildirib.

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Bakı klubu 3:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026