• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Klublar Komitəsinə yeni sədr seçiləcək

İDMAN

28 Avqust 2024 | 11:50

Klublar Komitəsinə yeni sədr seçiləcək

"Sabah"ın prezidenti Maqsud Adıgözəlovun Klublar Komitəsinin sədri kimi səlahiyyət müddəti başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında funksioner bildirib.

Onun sözlərinə görə, qurumda yeni sədrin seçilməsi məsələsi növbəti iclasda müzakirə ediləcək.

Maqsud Adıgözəlov avqustun 23-də baş tutan son toplantı barədə də danışıb:

"Komitənin gələcəkdə daha effektli fəaliyyət göstərməsi istiqamətində bəzi müzakirələr aparıldı. Hələlik hər hansı qərar qəbul edilməyib. Qarşıdakı görüşlərdə bu dəyişikliklərin hansı formada olacağına tam aydınlıq gələcək. Bu dəyişikliklər klubların təklifləri, ümumi müzakirə nəticəsində müəyyənləşdiriləcək".

Qeyd edək ki, Maqsud Adıgözəlov 2023-cü il oktyabrın 19-da Klublar Komitəsinin sədri seçilib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024