• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

“Tottenhem”in bəxti gətirdi” - Qlenn Hoddl

İDMAN

27 Sentyabr 2024 | 11:37

“Tottenhem”in bəxti gətirdi” - Qlenn Hoddl

“Tottenhem”in sabiq futbolçusu və baş məşqçisi Qlenn Hoddl Avropa Liqasının 1-ci turunda “Qarabağ” üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, 66 yaşlı mütəxəssis London təmsilçisinin bəxtinin gətirdiyini etiraf edib.

Baş məşqçi kimi “Çelsi” və İngiltərə yığmasında da fəaliyyət göstərmiş Hoddl Azərbaycan çempionunun çoxsaylı hücumlarının olduğunu vurğulayıb: “Ədalətli olmaq lazımdır, “Tottenhem” futbolçuları heç vaxt klubun ambisiyalarını azaltmır. Komanda üçün yaxşı qələbə oldu. Necə bacardıqlarını bilmirəm, amma qapılarında qol görmədən qalib gəldilər. “Qarabağ” çoxlu şanslar yaratdı, “Tottenhem”in bəxti gətirdi və həmin imkanlar qola çevrilmədi. Təmsilçimizin heyətində bir neçə gənc futbolçu çıxış etdi, özlərini yaxşı tərəfdən göstərdilər. Avropa Liqasına əla başlanğıc oldu. Lakin komanda oyununu daha da yaxşılaşdırmalıdır”.

Qeyd edək ki, turnirdə növbəti turun oyunları oktyabrın 3-də keçiriləcək. Həmin gün “Qarabağ” evdə “Malmö” ilə, “Tottenhem” isə səfərdə “Ferensvaroş”la qarşılaşacaq.


SON XƏBƏRLƏR