• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Premyer Liqa: XI turun daha bir oyunu keçirilib

İDMAN

26 Oktyabr 2024 | 20:37 | Müəllif: Gülşən Şərif

Premyer Liqa: XI turun daha bir oyunu keçirilib

 Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "ASCO Arena"da "Səbail"in "Sumqayıt"ı qəbul etdiyi görüşdə qonaqlar minimal hesablı qələbəyə sevinib.

Yeganə qolu 51-ci dəqiqədə Silvanus Nimeli rəqib qapısından keçirib.

Bu qələbə sayəsində "Sumqayıt" xallarının sayını 10-a çatdırıb. "Səbail" isə 7 xala malikdir.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" "Zirə" görüşü isə heç-heçə başa çatıb - 1:1.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026