• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycanlı həkim Beynəlxalq Voleybol Federasiyasının Tibb Komissiyasına üzv seçilib

İDMAN

25 Noyabr 2024 | 16:10 | Müəllif: Əli Hüseynov

Azərbaycanlı həkim Beynəlxalq Voleybol Federasiyasının Tibb Komissiyasına üzv seçilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib.

Bu barədə Bakıvaxtı.az-a AVF-nin mətbuat xidmətindən məlumat verilib.

Bu, FIVB-nin İdarə heyətinin ilk iclasında baş verib. Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.

Qeyd edək ki, V. Kazımova həmçinin Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026