• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Qurban Qurbanov: “Belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır“

İDMAN

27 Sentyabr 2024 | 09:10

Qurban Qurbanov: “Belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır“

Bu gün Avropa Liqasının Liqa mərhələsinin ilk turu çərçivəsində “Tottenhem” (İngiltərə) – “Qarabağ”la qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, keçirilən matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

    “Bəlkə də, bu gün 0:3 hesabı ilə məğlub olmağa layiq deyildik. Çünki xeyli sayda qol şanslarımız oldu. Bu gün təcrübə və ustalıq qalib gəldi. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər. Rəqibin azlıqda qalması bizə bir az rahatlıq verdi. Bilirsiniz ki, dünyanın ən güclü çempionatı İngiltərədə keçirilir və “Tottenhem” də həmişə liderlər sırasında olub. Futbolçularımız bunu dərk edirdilər və istər-istəməz bir az həyəcan var idi. Mənə elə gəlir ki, bu amil mane oldu”, - deyə o bildirib.

    Baş məşqçi matçdan əvvəl komandanın tıxacda qalmasının və stadiona gec çatmasının nəticəyə təsir etdiyini söyləyib: “İki saat yarım yol gəlmişik. Bu, istər-istəməz futbolçuların konsentrasiyasını pozdu. Ancaq bunu səbəb kimi göstərmək istəmirəm. Yenə də belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır. Stadiona çatdıqdan sonra deyildi ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Matça normal hazırlaşa bilmədik. Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”.


    SON XƏBƏRLƏR