• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

“Yanq Boyz”a məğlubiyyətdən sonra “Qalatasaray”da istefalar gözlənilir

İDMAN

28 Avqust 2024 | 17:10

“Yanq Boyz”a məğlubiyyətdən sonra “Qalatasaray”da istefalar gözlənilir

Ötən gün İsveçrənin “Yanq Boyz” klubuna məğlubiyyətdən sonra Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi arasında istefaların olacağı bildirilir.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq bununla bağlı yerli vaxtla saat 18:00-da İdarə Heyətinin təcili iclası çağırılıb.

Toplantıda klubdakı son vəziyyət və istefalarla bağlı önəmli qərarların açıqlanacağı gözlənilir. “Qalatasaray”ın idarə heyətinin üzvü Ali Yücenin toplantıdan əvvəl istefa verdiyi, daha 3 üzvün isə istefa verəcəyi deyilir.

Qeyd edək ki, ötən gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxan “Qalatasaray” “Yanq Boyz”a 0:1 (iki oyunun nəticəsinə görə 2:4) hesabı ilə məğlub olub. Çempionlar Liqası ilə vidalaşan Türkiyə klubu yolunu Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024