• Bakı 21° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

"Barselona"ya azarkeş QADAĞAsı

İDMAN

27 Sentyabr 2024 | 16:28

Barselonaya azarkeş QADAĞAsı

“Barselona”nın Çempionlar Liqasında növbəti səfər oyununu azarkeşləri izləyə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UEFA qərar verib.

Kataloniya azarkeşləri mövsümün ilk oyununda “Monako” (1:2) ilə matçda nasist pankartı istifadə etdikləri üçün cəzalandırılıblar. Qurum “Barsa”nı bununla yanaşı, 10 min avro da cərimələyib.

Qeyd edək ki, ispaniyalılar Çempionlar Liqasında növbəti səfər oyununu noyabrın 6-da keçirəcək. “Barselona” III tur çərçivəsində Serbiya "Srvena Zvezda"sının qonağı olacaq.

 


SON XƏBƏRLƏR