• Bakı 15° C

    2.5 m/s

Partizan"da yeni BAŞ MƏŞQÇİ

İDMAN

27 Sentyabr 2024 | 13:20

Partizan"da yeni BAŞ MƏŞQÇİ

Serbiyanın "Partizan" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bakıvaxtı.az "Novosti.rs"yə istinadən xəbər verir ki, Belqrad təmsilçisi Savo Miloşeviçlə razılığa gəlib.

51 yaşlı mütəxəssis bu postda Aleksandar Stanoyeviçi əvəz edəcək. 2019-2020-ci illərdə "Partizan"ı çalışdırmış S.Miloşeviç 2023-cü ilin sentyabrından 2024-cü ilin aprelinə qədər Bosniya və Herseqovina millisinin baş məşqçisi olub.

Qeyd edək ki, "Partizan" hazırda Serbiya çempionatında 7 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026