• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Röyalə Fətəliyeva zədə səbəbindən paralimpiadada iştirak edə bilməyəcək

İDMAN

28 Avqust 2024 | 12:05

Röyalə Fətəliyeva zədə səbəbindən paralimpiadada iştirak edə bilməyəcək

Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva Fransanın paytaxtı Parisdəki Yay Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

52 kq çəki dərəcəsində yer alan idmançı zədələndiyi üçün yarışı buraxmalı olacaq. O, bu səbəbdən Parisə yollanmayacaq.

Qeyd edək ki, açılış mərasimi bu gün baş tutacaq paralimpiada sentyabrın 8-də başa çatacaq.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024