• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

UEFA Azərbaycan klubunun rəqibini cərimələyib

İDMAN

28 Avqust 2024 | 14:04 | Müəllif: Əli Hüseynov

UEFA Azərbaycan klubunun rəqibini cərimələyib

UEFA "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olmuş İsrailin "Makkabi" (Hayfa) klubunu cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, Avropa futbol qurumu təmsilçimizin Hayfa təmsilçisi ilə Macarıstanda gerçəkləşən ilk matçına hüququ qiymət verib.

İsrail klubu Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionundakı görüşdə azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 46 750 avro ödəməli olacaq.

Qeyd edək ki, qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıdakı oyunun əlavə vaxtında 3:6 hesabı ilə uduzan "Sabah" penaltilər seriyasında (3:2) sevinən tərəf olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026