• Bakı 27° C

    1.87 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Bill Qeyts süni intellektin müdafiəsinə qalxdı

DÜNYA

30 Iyun 2024 | 13:21

Bill Qeyts süni intellektin müdafiəsinə qalxdı

Londonda keçirilən "Breakthrough Energy" sammitində milyarder və Microsoft IT korporasiyasının qurucusu Bill Qeyts süni intellektin müdafiəsinə qalxıb. 

Bakıvaxtı.az xarici mediaya isitnadən xəbər verir ki, o süni intellektin ətraf mühitə zərər vurma potensialının şişirdildiyini deyib.

Onun sözlərinə görə, gələcəkdə süni intellektin daha da inkişafı indiki yüksək elektrik istehlakını kompensasiya edəcək. 

Nüvə reaktorlarını inkişaf etdirən TerraPower şirkəti də daxil olmaqla enerji sektoruna verdiyi töhfələrlə tanınan Qeyts süni innovasiyanın elektrik enerjisinə artan tələbatı üstələyə biləcəyini vurğulayıb. Bununla belə, o etiraf edib ki, "Microsoft" şəxsi məlumat mərkəzlərinin genişləndirilməsi səbəbindən istixana qazı emissiyalarını artırmaq problemi ilə üzləşir.


SON XƏBƏRLƏR

01 Iyul 2024