• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Ronaldu antirekorda İMZA ATDI

İDMAN

02 Iyul 2024 | 09:53

Ronaldu antirekorda İMZA ATDI

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu XXI əsrdə antirekorda imza atıb.

Bakıvaxtı.az "Sofascore" nəşrinə istinadən xəbər verir ki, bu, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Sloveniya ilə oyununda gerçəkləşib.

Əlavə vaxtda (105-ci dəqiqə) penaltidən yararlana bilməyən 39 yaşlı hücumçu bir yığmanın heyətində üç turnirdə 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk avropalı futbolçu olub.

O, AVRO-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb.

Qeyd edək ki, penaltilər seriyasında rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR