• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Qərbin Rusiyaya qarşı sanksiyaları fiaskodur – Ulyanov

DÜNYA

02 Iyul 2024 | 09:08

Qərbin Rusiyaya qarşı sanksiyaları fiaskodur – Ulyanov

Dünya Bankının Rusiyanı yüksək gəlirli ölkə kimi tanıması Qərbin sanksiyalarının səmərəsizliyini göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Telegram kanalında bildirib.

O qeyd edib ki, Dünya Bankı Rusiyanı yuxarı-orta gəlirli ölkələr kateqoriyasından yüksək gəlirli ölkələr kateqoriyasına keçirib.

“Təsnifatdakı bu dəyişiklik anti-Rusiya sanksiyalarının nə qədər "effektiv" olduğunu göstərir. Qərbin Rusiyaya qarşı meymun biznesi tam fiaskoya çevrildi”, - deyə Ulyanov fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Dünya Bankı Rusiyada adambaşına düşən ümumi milli gəlirin 14 250 dollar olduğu sənədini dərc edib. Bu göstərici ən azı 13 485 ABŞ dolları səviyyəsində olan ölkələr yüksək gəlirli ölkələr kimi təsnif edilir.

Günel Abbas


SON XƏBƏRLƏR

03 Iyul 2024