• Bakı 30° C

    5.78 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

“Azərişıq”ın  mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb - FOTO

CƏMİYYƏT

02 Iyul 2024 | 11:29

“Azərişıq”ın  mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb - FOTO

Moskvada “Enerji həftəsi-2024” proqramı çərçivəsində MDB ölkələri arasında Gənc Mühəndislərin Beynəlxalq Liqası yarışmasının final mərhələsi keçirilib. Altı ölkədən 11 komandanın iştirak etdiyi həlledici mərhələdə Azərbaycanı “Azərişıq” ASC-nin “GreenAz” və “Azerlight” komandaları təmsil edib.

“Azərişıq”dan Bakıvaxtı.az-a verilən məlumata görə, “GreenAz” komandası Gənc Mütəxəssislərin Beynəlxalq Liqasında “Külək parkında olan boş ərazilərin istifadəsi”, “Azerlight” komandası “Su elektrik stansiyalarına günəş panellərinin inteqrasiyası” mövzusu ilə çıxış ediblər.

Komandalarımızın layihələri ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə beynəlxalq yarışda “GreenAz” üçüncü, “Azerlight” komandası isə 5-ci yerə layiq görülüb. Azərbaycan komandasının üzvləri və ekspertlər qrupu yarışda uğurlu iştirakına görə təşəkkür məktubu ilə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqə MDB ölkələri arasında energetika sahəsində tədqiqat və təcrübə mübadiləsi, yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühim rol oynayıb.


SON XƏBƏRLƏR

03 Iyul 2024