• Bakı 29° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Növbəti atmaca! - "Camaatın ərini əlindən alıb..." 

MƏDƏNİYYƏT-ŞOU

02 Iyul 2024 | 11:00

Növbəti atmaca! - Camaatın ərini əlindən alıb... 

“Çıxıb başqasının ərinə “həyat yoldaşım” deyirlər. Ay xanım, “həyat yoldaşım” deyirsənsə, çıxart, göstər”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı “Ay Zaur” verilişində deyib.

Müğənni ad çəkmədən bəzi həmkarlarına söz atıb:

“Onların mənimsədikləri kişilərin xanımlarının üstünə dəfələrlə təcili yardım maşınları gəlib. Ad çəkməyə gərək yoxdur. Şou biznesdə kimin o vəziyyətdə olduğunu bilirik. Onların əsl həyat yoldaşları ərlərinin hansısa müğənniyə aldığı telefonu, şubanı, maşını, evi görəndə ürəkləri partlayır. Həm ərlərini əlindən alırlar, həm də yanqı verirlər”.

“Daş o kişinin başına ki, uşaqlarının anasını o cür sındırır. Kişi xanımını alçaltmamalıdır. Ya boşasın, ya da o qadını sındırmasın. Belə şeylər olmaz. Nə səhvin varsa, bunu efirdə demə. İnsanların qəlblərinə od vurmağa nə var?”, - deyə o əlavə edib.

Xatırladaq ki, Afət Fərmanqızı bir müddətdir həmkarı Vəfa Şərifova ilə qalmaqaldadır. Hətta bir neçə ay öncə Afət Vəfanın qeyri-rəsmi nikahda olduğunu da iddia edib. İzləyicilərsə Fərmanqızının bu açıqlamalarının da Şərifovaya ünvanlandığını iddia ediblər.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

03 Iyul 2024