• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Nə vaxta kimi məhkəməyə ayaq döyəcəyəm?" - Flora Kərimova

MƏDƏNİYYƏT

29 Iyul 2024 | 14:39

"Nə vaxta kimi məhkəməyə ayaq döyəcəyəm?" - Flora Kərimova

"Məhkəmə düzgün qərar qəbul etmir"

Bakıvaxtı.az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova deyib.

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə aralarında olan məhkəmə prosesindən narazlığını videoaçıqlama yayaraq, hakim Abbas Rzayevi məhkəmə prosesini uzatmaqda günahlandırıb:

"Başa düşmürəm nədən ehtiyat edir və uzadırsınız. Qanunu bilə-bilə, ona istinad etməkdən, günü günə uzadır: sabah olsun, o biri gün olsun. Nə vaxta kimi mən məhkəməyə ayaq döyəcəyəm? Ekspertizadan belə keçən sübuta niyə göz yumursunuz?Bunu nə ilə izah edirsiniz? Məni ayağa verəcəksiniz? Olmayacaq... Vətəndaşlıqdan belə imtina edərəm, şərəf ordeni taxan biri şərəfimi qoruya bilmirəm. Nə qədər tapşırıqla iş aparmaq olar. Öz ölkəsinə belə düşmənçilik olar?

Abbas müəllim, kimi gözləyirsiniz? Bağışlayan, dayanan deyiləm. Mövqeyimdən başqa, ailəmə, gələcəyimə, özümə olan münasibətimdir. Bu, ləkə mənim boynumda qalmayacaq. Bəsdir, tapşırıq gözləyib, onu yerinə yetirirsiniz. Siz də bir ailəinin böyüyüsünüz. Mən Afətin haqsızlığına dözməyəcəyəm".

Xalq artisi bununla bağlı dövlət başçısına və Mehriban Əliyevaya ərizə yazacağını vurğulayıb. 

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026