• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu, müasir cəmiyyətdə yolverilməzdir - Ərdoğan

DÜNYA

01 Iyul 2024 | 22:01 | Müəllif: Subhan Mahmudov

Bu, müasir cəmiyyətdə yolverilməzdir - Ərdoğan

Müasir cəmiyyətdə miqrantlara qarşı ksenofobiya və nifrətin qızışdırılması yolverilməzdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edərkən bildirib.

Dövlət başçısı siyasi məqsədlərlə ksenofobiya kartının oynanılmasını “zəiflik” adlandırıb.

“Heç kimin qısamüddətli siyasi dividendlər və populizm adı ilə cəmiyyəti parçalamağa haqqı yoxdur. Barbarlıq və vandalizm qəbuledilməzdir”, - Ərdoğan bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin hakim partiyası populizm mövqeyindən çıxış etməyib və heç vaxt etməyəcək.

“Türkiyənin sabitliyini pozmaq, inkişafını dayandırmaq, onu geriyə atmaq cəhdləri uğurlu olmayacaq”, - o qeyd edib.

Qeyd edək ki, bu gün Kayseridə bir suriyalı miqrantın 6 yaşlı uşağa təcavüz etməsindən hiddələnən kütlə küçələrə axaraq, qarşılarına çıxan suriyalıları döyüb və onların ölkədən çıxarılmasını tələb edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR